AZ

Xarkovda ruslara işləyən keşiş saxlanıldı

Ukrayna Təhlükəsizlik Xidməti Xarkovda Moskva Patriarxlığının Pravoslav Kilsəsinin keşişi və psixoterapevtini Rusiyaya işləməkdə şübhəli bilərək saxlayıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Təhlükəsizlik rəsmiləri iddia edirlər ki, onlar koordinatları ruslara ötürmək üçün müdafiə qüvvələrinin şəxsi heyəti və silahların yerləşdirildiyi yerləri axtarırmışlar.Şübhəlilər hərbçilərin şəxsi məlumatlarını və onların sərhəd qəsəbəsində hərəkət marşrutlarını da toplayıblar.

Psixoterapevt döyüş təcrübəsi olan əsgərlərin ondan aldığı psixoloji məsləhətlər zamanı ruslara lazım olan məlumatları istəyib.

Axtarışlar zamanı Rusiya Federasiyasından şübhəlilərlər idarəçiləri arasında yazışmaların qeydə alındığı telefon və kompüterlər tapıblar.

Məhkəmə onların əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzasını nəzərdə tutmaqla istintaqa cəlb edib.



Xəbər 3 dəfə oxunub.
Seçilən
28
xezernews.az

1Mənbələr