AZ

İran prezidenti Amerikanın danışıqlara hazır olmasına şübhə edir

BAKI, TurkicWorld

İran prezidenti Məsud Pezeşkian bazar ertəsi günü ABŞ-ın Tehranın üzərinə sanksiyalar tətbiq etdiyi bir şəraitdə danışıqlara başlamaq istəyinin səmimiliyinə şübhə etdiyini bildirib.

TurkicWorld xəbər verir ki, bu, bəyanat ABŞ prezidenti Donald Trampın Tehrana qarşı "maksimum təzyiq" siyasətini yenidən tətbiq etməsindən bir həftə sonra edilib

"Əgər ABŞ danışıqlar məsələsində səmimidirsə, niyə bizə sanksiyalar tətbiq edir?" -deyə o bildirib.

İran prezidenti əlavə edib ki, Yaxın Şərqdə sabitliyi pozan tərəf İran deyil, işğalçı İsrail rejimidir.

Qeyd edək ki, Tramp ötən çərşənbə axşamı İran üzərində "maksimum təzyiq" kampaniyasını bərpa edib. Bu kampaniyaya Tehranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün onun neft ixracatını tamamilə dayandırmağa yönəlmiş tədbirlər daxildir.

Seçilən
5
turkic.world

1Mənbələr