AZ

Məğlubiyyətsiz lider qol da buraxmayıb

“Qəbələ” Azərbaycan I Liqasında liderliyini davam etdirir. Kaxaber Sxadadzenin rəhbərlik etdiyi kollektiv 13 turdan sonra 33 xalla birinci sıradadır. Komanda ən yaxın izləyicisi “Karvan”ı 7 xal qabaqlayır.

Ötən il Premyer Liqaya vida edən “qırmızı qaralar” yenidən elita yolunda inamla irəliləyir. Çempionatda heyətinə və imkanlarına görə bir baş üstün olan “Qəbələ” nəticələri ilə bunu göstərir. 13 turda məğlub olmayan komanda həm də qol buraxmayıb. “Qəbələ” 10 görüşdə qələbə qazanıb, 3-də heç-heçə edib. 22 qol vuran “qırmızı qaralar” qapısını toxunulmaz saxlayıb.

Yeni mövsümdən elitada komanda sayı 10-dan 12-yə yüksəldiləcək. “Qəbələ” bir yer üçün əsas namizədlərdəndir.

Seçilən
21
futbolpress.az

1Mənbələr