AZ

KTMT-yə alternativ təşkilat yoxdur - Kopırkin

Ermənistanın regionda təhlükəsizliyini təmin etmək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) başqa mexanizm yoxdur. Bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bəyan edərək bildirib. 

O, xüsusilə 2024-cü ildən sonra İrəvanın bunu başa düşdüyünə ümid etdiyini bildirib.
 
"Biz əminik ki, hazırda regionda Ermənistanın təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edəcək alternativ etibarlı mexanizm yoxdur. Biz gözləyirik ki, İrəvan bunu yaxşı başa düşür", - Kopirkin bildirib.
 
Bundan əvvəl KTMT-nin baş katibi vəzifəsini tutmuş Nikolay Bordyuja bildirib ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünü dayandırması böyük səhvdir, İrəvan həmişə Moskvadan və təşkilat üzvlərindən böyük yardım alıb.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının  "Sarsılmaz qardaşlıq” adlı təlimləri artıq bir dəfə  2015-ci ildə Ermənistanda keçirilib. Həmin təlimlərdə  Rusiya Mərkəzi Hərbi Dairəsinin sülhməramlı briqadasının hərbçiləri, o cümlədən Ermənistan, Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistandan olan 500-ə yaxın hərbçi iştirak edib.

2022-ci ildə KTMT ölkələrinin "Sarsılmaz qardaşlıq” hərbi təlimləri Qırğızıstanda keçirilməli idi, lakin bu ölkənin Müdafiə Nazirliyi səbəbini açıqlamadan təlimləri ləğv edib. 

KTMT 1994-cü ildə qüvvəyə minib. O zaman təşkilat 9 ölkədən ibarət olub. Daha sonra  Azərbaycan, Gürcüstan və Özbəkistan bu təşkilatı tərk edib.
 
Gülnar 
 
  

www.anews.az
Seçilən
30
anews.az

1Mənbələr