Abşeron rayonunda avtomobil 60 yaşlı qadını vuraraq öldürüb.

Leqal.info xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Avtomobil yolu keçmək istəyən piyada 1965-ci il təvəllüdlü Rəsmiyyə Salehovanı vurub. Xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info