AZ

Azərbaycan və İran arasında hərbi əməkdaşlıq müzakirə edildi

Pakistan İslam Respublikasının Kəraçi şəhərində keçirilən “AMAN-25” çoxmillətli dəniz təlimi və “AMAN” Dialoqu çərçivəsində Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanının birinci müavini – qərargah rəisi birinci dərəcəli kapitan Teymur Mürşüdov İran İslam Respublikası HDQ komandanı kontr-admiral Şəhram İrani ilə görüşüb.

Bu barədə Viral.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, görüşdə hər iki ölkənin regional maraqlarını özündə birləşdirən Xəzər dənizinin təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan-İran hərbi dənizçiləri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, eləcə də qarşılıqlı təcrübə mübadiləsi məqsədilə dəniz sularında birgə təlimlərin keçirilməsinin vacibliyi xüsusi qeyd edilib.

Son Yazılar:

Tərəflər görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

Seçilən
56
29
viral.az

10Mənbələr