AZ

Bu ölkə vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırdı

Latviya Daxili İşlər Nazirliyinin rəhbəri Rihards Kozlovskis yerli sakinləri Rusiya və Belarusa səfərlərdən çəkinməyə çağırıb

XəzərNews.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Mən başa düşürəm ki, orada insanların qohumları və biznesləri var, lakin belə səfərləri minimuma endirmək lazımdır”,- deyə o, bildirib.

Nazir qeyd edib ki, vəziyyət pisləşərsə, Riqa bir neçə saat ərzində ölkənin şərq sərhədlərini bağlaya bilər.

Xəbər 1 dəfə oxunub.
Seçilən
17
xezernews.az

1Mənbələr