AZ

Kreml: Biz belə Bakı-İrəvan sülhünün əleyhinəyik

Müttəfiqlik münasibətlərimiz olan Ermənistan və Azərbaycan uzunmüddətli dayanıqlı və gələcək nəsillər üçün “mina” qoymayacaq bir sülh müqaviləsi hazırlanmasının tərəfdarıyıq.

Ölkə.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Mixail Qaluzin deyib.

Bununla belə, Kremlin təmsilçisi hansısa Qərb platformasında sülh müqaviləsi bağlanmasının da əleyhinə olduğunu qeyd edib:

“Təbii ki, biz Qərbin təkid etdiyi kimi, Ermənistan və Azərbaycanla mümkün qədər tez hansısa Qərb platformasında hər hansı tələsik sülh müqaviləsinin də imzalanmasının əleyhinəyik. Bu cür tələsik, düşünülməmiş qərarlar uzunmüddətli davamlı sülhə gətirib çıxarmaya bilər. Əksinə, gələcək üçün müəyyən qarşıdurma toxumlarının əkilməsinə səbəb ola bilər. Bunu da təbii ki, biz nə Ermənistan, Azərbaycan, nə Cənubi Qafqaz, nə də Rusiya üçün son dərəcə arzuolunmaz hesab edirik”.

Rusiyalı nazir müavini Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli qrupun nəqliyyat kommunikasiyalarının açılması və iqtisadi əlaqələrin bərpası üzrə işin dondurulmasından da təəssüfləndiyini vurğulayıb. “Təbii ki, biz tərəfləri və ilk növbədə erməni dostlarımızı bu qrup çərçivəsində işə qayıtmağa çağırırıq. Rusiya tərəfi arzu edərsə, tərəflərə hər cür kömək göstərməyə həmişə hazırdır”, - diplomat qeyd edib.

Qaluzin bir daha bildirdi ki, Rusiya Qərbin Cənubi Qafqazdakı xəttini tamamilə dağıdıcı hesab edir: “Çünki Qərb Rusiya üçün bu strateji əhəmiyyətli regionda vəziyyəti sabitləşdirməyə deyil, bu cinahdan bizə strateji məğlubiyyət verilməsinə “töhfə” verməyə cəhd edir.

Bəzən hətta bəzi ölkələri Rusiyaya qarşı Cənubi Qafqazda ikinci cəbhə açmağa razı salmağa cəhd edir”.

Mürtəza
Ölkə.Az

Seçilən
14
olke.az

1Mənbələr