AZ

Azərbaycanda kondensat istehsalı 2%-ə yaxın artıb

Bakı. Trend:

Ötən il Azərbaycanda 5,292 milyon ton qaz kondensatı hasiledilib.

Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, qaz kondensatı istehsalı əvvəlki ilingöstəriciləri ilə müqayisədə 89 min ton və ya 1,7% artıb. Belə ki,2023-cü ildə Azərbaycanda hasil edilmiş qaz kondensatının həcmi5,203 milyon ton olub.

Ötən il hasil edilmiş qaz kondensatının 5,284 milyon tonuəmtəəlik məhsulun payına düşüb ki, bu da, illik müaqayisədə 101 minton, yaxud da 1,9% artım deməkdir. 2023-cü ildə istehsal edilmişqaz kondensatının əmtəəlik məhsula düşən payı 5,183 milyon tonidi.

Qeyd edək ki, ötən il Azərbaycanda 29,63 milyon ton neft (qazkondensatı ila birlikdə) hasil edilib ki, bu da əvvəlki illəmüqayisədə 3,6 % azdır.

Seçilən
5
az.trend.az

1Mənbələr