AZ

Şabranda evi yararsız hala düşən ailə üçün müvəqqəti çadır quruldu - FOTO

Şabranda evi yararsız vəziyyətə düşən ailə üçün müvəqqəti çadır qurulub.

Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumata görə, FHN-ə Şabran rayonunun Sincanboyad kəndində Təbriz Eyvaz oğlu Qurbanova məxsus fərdi evin yararsız vəziyyətə düşməsi və ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.

Bununla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.

 

 

Seçilən
38
14
avtosfer.az

10Mənbələr