AZ

Gürcüstanda sabotaj ehtimalı: Təhqiqat başladı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Gürcüstan Baş Prokurorluğu mümkün sabotaj və xarici təşkilatlara düşmənçilik fəaliyyətində köməklik göstərilməsi haqqında işi araşdırır.
Oxu.Az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunun bəyanatında deyilib.
"Gürcüstan Baş Prokurorluğunun istintaq şöbəsində Gürcüstanın dövlət maraqlarına qəsd etmək məqsədilə ağırlaşdırılmış şəraitdə sabotaj, sabotaja cəhd və xaricdən nəzarət edilən xarici təşkilatlara düşmənçilik fəaliyyətində köməklik göstərilməsi haqqında təhqiqat başlayıb", - deyə məlumatda vurğulanıb.
Seçilən
4
oxu.az

1Mənbələr