Madrid “Real”ının ispan sağ cinah müdafiəçisi Lukas Vaskes sol ayağının dizaltı vətərindən zədə alaraq sıradan çıxıb.
Arena.az bu barədə İspaniya nəhənginin mətbuat xidmətinə istinadən məlumat verir.
Vaskes İspaniya La Liqasının 23-cü turunun Madrid “Atletiko”su ilə ev oyununda (1:1) zədələnib. O, start heyətdə meydana çıxıb, 81-ci dəqiqədə isə əvəzlənmək məcburiyyətində qalıb.
Vaskesin sıraya nə vaxt dönəcəyi hələ məlum deyil, amma müdafiəçinin UEFA Çempionlar Liqasının 1/16 final mərhələsinin “Mançester Siti” ilə səfər oyununda iştirak edə bilməyəcəyi dəqiqdir.
Lukas Vaskes futbola İspaniyanın “Ural” klubunda qədəm qoyub. Buradan 2007-ci ilin iyulunda “Real”a keçmiş Vaskes o vaxtdan bəri Madrid klubunun sistemindədir. Müdafiəçi “Real”ın əsas komandasına keçirilməmişdən öncə, bir müddət “Espanyol”da icarədə olub. 2015-ci ildə isə Vaskes “Real”a qayıdıb və “qaymaqlılar”ın uğurları üçün çalışır.
İspan futbolçunun Madrid klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümündə Lukas Vaskes “Real”ın heyətində bütün yarışlarda 30 oyuna çıxıb, 2 qol vurub və 5 məhsudlar ötürmə verib.
Vaskesin “Real”ın heyətində ümumi çıxışı rəqəmlərin gözü ilə belə mənzərə yaradır: 380 oyun, 38 qol, 71 məhsuldar ötürmə.
Lukas Vaskes 2016-cı ilin iyununda debüt etdiyi İspaniya yığmasının heyətində 9 oyun keçirib, məhsuldar fəaliyyəti ilə fərqlənməyib.
Lukas Vaskesin qənimətlər muzeyində 4 İspaniya La Liqası, 1 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku, 5 UEFA Çempionlar Liqası, 4 UEFA Super Kuboku, 3 FIFA Klub Dünya Kuboku və 1 FIFA Qitələrarası Kubok var.
“Transfermarkt” internet-portalı 33 yaşlı ispan sağ cinah müdafiəçisinin transfer dəyərini 3,50 milyon avro məbləğində qiymətləndirir.