AZ

Ərəb dövlətləri Fələstinə görə toplanır

Misirdə Ərəb Dövlətləri Liqasının (ƏDL) fövqəladə sammiti keçiriləcək.

Tədbirin əsas mövzusu Fələstindəki vəziyyət olacaq və görüşün fevralın 27-də keçirilməsi nəzərdə tutulub. Türkiyə mətbuatının məlumatına görə, sammit zamanı tərəflər “ciddi təhlükə yaradan Fələstinlə bağlı son hadisələri” müzakirə edəcəklər. Sammit Fələstin hakimiyyətinin təşəbbüsü ilə keçiriləcək.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bundan əvvəl Qəzzada hərbi əməliyyatların başa çatmasından sonra vəziyyətin mümkün ssenarisini açıqlamışdı. Amerikanın planına görə, anklav ABŞ-a verilməli, Fələstin əhalisi isə digər ərəb ölkələrinə köçürülməlidir.

//Samir Qurbanov, Editor.az

Seçilən
5
editor.az

1Mənbələr