AZ

Sahil Babayev nələrə hazırlaşır? – Şok detallar açıqlandı

Yerli mediada yayılan xəbərlərə görə yaxın zamanlarda Maliyyə Nazirliyində əsaslı struktur islahatlarına start veriləcək.

Axar.az xəbər verir ki, Gundem.info.az saytı öz mənbələrinə istinadla artıq islahatlarla bağlı müvafiq təkliflərin müzakirə edildiyini yazıb.

İddiaya görə, nazirlik daxilində öncə müvafiq olaraq yerli idarələrin birləşdirilməsinə başlanacaq. Bir sıra digər nazirliklərdə olduğu kimi, Maliyyə Nazirliyinin də müvafiq olaraq regioanl idarələri formalaşdırılacaq.

Analoji olaraq lüzumsuz ştatların ləğv edilməsi, idarəetməni optimallaşdırmaq əsas hədəf kimi götürüləcək.

Bundan başqa rəmsallaşma istiqmətində də Maliyyə Nazirliyində əsaslı islahatların aparılması gözlənilir.

Məlumata əsasən, dövlət sifarişi ilə satınalmalarda şəffaflığın təmin edilməsi məqsədilə əsaslı islahatlar həyata keçiriləcək. Satınalmalar üzrə daha effektiv işləyən elektronlaşmış sistemin yaradılması nəzərdə tutulur.

Seçilən
15
5
axar.az

6Mənbələr