"Fənərbağça" futbolçularının ardıcıl zədələnməsindən sonra stoper axtarışına çıxıb.

Offsideplus.az xəbər verir ki, "sarı-lacivərtlilər" iki türk oyunçu arasında seçim edir. Bu barədə "Fotomaç" məlumat yayıb.

İstanbul nəhəngi "Ayaks"da çıxış edən Ahmetcan Kaplandan və "Valyadolid"də forma geyinən Cenk Özkaçakdan birini transfer etməyi planlaşdırır.