Bakı. Trend:
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanındaİctimai Şuranın təşkilatçılığı ilə 2025-ci il üzrə ilk ictimaimüzakirə “Kapital bazarının inkişafı: mövcud imkanlar vəperspektivlər” mövzusuna həsr olunub.
Trend xəbərverir ki, bu barədə KOBİA məlumat yayıb.
Bildirilib ki, KOBİA, Bakı Fond Birjası (BFB) və AzərbaycanSahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının(ASK) dəstəyi ilə “Bakı KOB evi”ndə təşkil olunmuş tədbirin məqsədimüvafiq sahədə dövlət siyasəti, qanunvericilik bazası, maliyyəalətləri, tənzimləmə mexanizmləri, eləcə də müvafiq sahədə KOB-larüçün imkanları müzakirə etmək olub. İctimai müzakirədə aidiyyətidövlət qurumlarının nümayəndələri, sahibkarlar və kapital bazarınıniştirakçıları iştirak ediblər.
Tədbirdə KOBİA yanında İctimai Şuranın sədri Samir Abdullayev,BFB-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov, KOBİA-nın İdarəHeyətinin sədri Orxan Məmmədov və ASK-nın prezidenti Məmməd Musayevqiymətli kağızlar bazarının mövcud vəziyyəti və sektorun gələcəkperspektivləri, bu sahədə KOB subyektləri üçün imkanlar, maliyyəsavadlılığının təşviqi barədə məlumat veriblər. Qeyd olunub ki,KOB-ların inkişafı və dayanıqlılığının təmin edilməsində kapitalbazarı əhəmiyyətlidir. Bank kreditləri və daxili maliyyə resurslarıilə yanaşı, KOB-lar alternativ maliyyə mənbələrinə çıxış əldəetməklə daha sürətli böyüyə və uzunmüddətli dayanıqlılıq qazanabilərlər. Kapital bazarları KOB-lara stabil və uzunmüddətlimaliyyələşmə, şəffaflıq, korporativ idarəetmənin təkmilləşdirilməsivə beynəlxalq bazarlara çıxış imkanı təqdim etməklə iqtisadiyyatdadaha güclü mövqe tutmasına şərait yaradır. İnkişaf etmiş kapitalbazarları KOB-ların bank kreditlərindən asılılığını azalda, səhmlərvə istiqrazlar buraxmaq imkanı qazanaraq, birbaşa investorlarvasitəsilə vəsait cəlb edə bilirlər. Bu isə KOB-ların maliyyəmənbələrini şaxələndirməsinə, daha uzunmüddətli və səmərəlimaliyyələşmə imkanları əldə etməsinə şərait yaradır. KOB-lar iləyanaşı, bu əməkdaşlıqdan kapital bazarları da faydalana bilər. Busahədə Bakı Fond Birjasının təşəbbüs və proqramları KOB-lar üçünyeni imkanlar yaradır.
Tədbir çərçivəsində Bakı Fond Birjası tərəfindən qiymətlikağızlar bazarı sahəsində mövcud vəziyyət, çətinliklər, bu sahənininkişafı üçün görülən işlər və qarşıda duran hədəflər haqqındatəqdimat keçirilib, sahibkarları maraqlandıran suallarcavablandırılıb.