AZ

Azərbaycanda elektromobillərin sayı məlum OLDU

2025-ci il yanvar ayının 1-i tarixinə Azərbaycanda elektrik mühərrikli minik avtomobillərinin (elektromobillərin) sayı məlum olub.

Redaktor.az-ın məlumatına görə, bu barədə  Dövlət Statistika Komitəsindən bildirilib ki, 2024-cü ildə ölkədə elektrik mühərrikli minik avtomobillərinin sayı 5941 ədəd olub.

Qeyd edək ki, 2023-cü ildə ölkədə elektrik mühərrikli minik avtomobillərinin sayı 3115-ə çatıb.

Xatırladaq ki, ötən il Azərbaycana ümumilikdə 91.8 min ədəd nəqliyyat vasitəsi idxal edilib ki, bunun 3027 ədədi elektromobil, 26 min 197 ədəd isə hibrid nəqliyyat vasitələri olub (APA). 

Seçilən
5
14
redaktor.az

10Mənbələr