AZ

Qəzza planı – Netanyahunun silahla edə bilmədiyini Tramp pulla etmək istəyir

ABŞ prezidenti Donald Trampın Qəzza əhalisini köçürəcəyi və zolağa Amerika əsgərləri göndərəcəyi açıqlaması hələ də əsas müzakirə mövzularından biri olaraq qalır. Bu gün ABŞ prezidenti təklifini bir daha səsləndirib və əlavə edib ki, Qəzzanı özü almaq istəyir. Yəni başqa sözlə, Qəzza ilə bağlı planından geri çəkilmək fikrində olmadığını bir daha açıqlayıb.

“İdeya müəllifi” kimdir?

AzPost bildirir ki, fevralın 4-də Ağ Evdə İsrail baş naziri Netanyahu ilə görüşdən sonra ABŞ prezidenti Tramp Qəzza zolağından fələstinliləri köçürüb. buranı yenidən inşa edəcəyini dedi. Təbii ki, Trampın məlum açıqlamanı Netanyahu ilə birlikdə Ağ Evdə brifinq zamanı verməsi bu fikrin “ideya müəllifinin” İsrail baş naziri olduğunu təsdiqləyirr. Çünki İsrailin Qəzza əməliyyatının əsas hədəfi zolağı nəzarətə götürmək və idarə etməkdir.

Bunun daha bir sübutu isə İsrail Müdafiə Nazirliyi “Qəzzadan köçmək istəyənlər üçün” plan hazırlamağa başlayıb.
Maraqlıdır ki, fevralın 5-də Tramp Qəzza planının “hər kəs tərəfindən bəyənildiyini” deyib. Halbuki ABŞ-ın NATO müttəfiqləri də daxil olmaqla əksər dövlətlər bu planı tənqid edərək qarşı çıxıb.

Görünür buna görədir ki, ABŞ dövlət katibi Marko Rubio və Ağ Evin sözçüsü Karoline Leavitt prezident Trampın sözlərini malalamağa çalışıblar. Məsələn, Rubio deyib ki, Trampın açıqladığı plan, ABŞ-ın Qəzzanın yenidən inşası ilə bağlı istək və təklifdir. BBC-yə görə, Rubio təklifin qəzzalıların zolağın inşası dövründə müvəqqəti olaraq onu tərk etməsini nəzərdə tutduğunu deyib. Oxşar şəkildə Levitt də qəzzalıların inşaat prosesində müvəqqəti olaraq zolağı tərk edə biləcəyini deyib.

Qəzzanın təxminən 2,3 milyon əhalisi var və bu qədər insanın oradan çıxarılması real deyil. Çünki birincisi, Trampın qəzalıları köçürmək istədiyi Misir və İordaniya kimi ölkələr yüzminlərlə fələstinlini qəbul etməyəcək. Bunu artıq elan ediblər. İkincisi, hətta Vaşinqtonun təzyiqi və təşviqi ilə bunu etsələr belə, bu, nəinki münaqişənin həllinə xidmət etməyəcək, əksinə, vəziyyəti daha da mürəkkəbləşdirəcək.

Fələstin əhalisi 1948-ci il birinci İsrail-Fələstin müharibəsindən vətənlərini tərk etməkdən imtina edib. Çünki birinci müharibədən qaçqın düşən əhalinin heç biri 77 ildir ki, öz evlərinə qayıda bilmir. Buna görə də fələstinlilər ən ağır şərtlərdə belə olsa yaşayış yerlərini tərk etmək istəmir. Üstəlik Həmas və digər silahlı qrupları bu plana qarşı çıxacaq, hansı ki, artıq bunu elan ediblər.

Tramp birinci prezidentliyi dövründə 2017-ci ilin dekabrında Qüdsü İsrailin paytaxtı kimi tanımaqla ciddi qalmaqala səbəb olduğu kimi, bu dəfə də qeyri-standart açıqlaması ilə Yaxın Şərqdə onsuz da mürəkkəb olan vəziyyəti daha da çətinləşdirir. Artıq bütün ərəb dövlətləri Trampın bu planın aqarşı çıxış edib. Ancaq ABŞ prezidentinin Qəzza təklifini dayanmadan səsləndirməsi onu göstərir ki, Eğ Evin yeni sahibinin Yaxın Şərqdə növbəti dəfə “bomba partlatmaq” ehtimalı yüksəkdir.

Bizi İnstagramda izləyin!
Seçilən
12
azpost.info

1Mənbələr