Kolumbiyada təbiət hadisəsi ölümlə nəticələnib.
Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, Kajibio şəhərində yerləşən futbol meydanında dördü qadın olmaqla beş nəfəri ildırım vurub. Hadisə nəticəsində 5 nəfər ağır xəsarətlər alıb. Yaralılar xəstəxanaya aparılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.
İdmançıların hansı futbol komandasında çıxış etdiyi açıqlanmayıb.
Telegram kanalımız