AZ

"Barselona" Rokedən qurtulmaq istəyir

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik "Betis"də icarə əsasında çıxış edən hücumçu Vitor Rokeyə ümid bağlamır.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Diario Sport" xəbər verir. Mənbənin sözlərinə görə, alman çalışdırıcı 19 yaşlı futbolçunun öz layihəsinə hazır olmadığına inanır və "Barselona" rəhbərliyi braziliyalı ilə çox erkən müqavilə bağladıqlarına əmindir.

"Barselona"nın bu yay Rokeni satmağa ümid etdiyi, klub isə oyunçu üçün təxminən 25 milyon avro almağı planlaşdırır.

Xatırladaq ki, 2024-cü ilin yanvarında “mavi qranatlar” forvardı “Atletiko Paranaense”dən 30 milyon avroya almışdı. Futbolçu kataloniyalıların heyətində 16 oyun keçirib və 2 qol vurub.

Seçilən
9
90deqiqe.az

1Mənbələr