AZ

Yunanıstan Piaggio Aerospace-in Türkiyəyə satılmasından narazıdır

Bakı, TurkicWorld

Yunanıstan, İtaliyanın aviasiya sənayesində nüfuzlu şirkətlərindən biri olan Piaggio Aerospace-in Türkiyənin Baykar şirkətinə satılması ilə bağlı ciddi narahatlıq keçirir.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, məsələ ilə bağlı Afinanın İtaliyaya xüsusi etiraz faylı təqdim edəcəyi iddia edilib.

Xəbərə görə, Afina “Meteor” tipli raketlərin Türkiyəyə mümkün satışı ilə bağlı narahatlığını ifadə etdikdən sonra Piaggio Aerospace-in Baykar-a satılmasından əvvəl İtaliyanın Yunanıstanı xəbərdar etməməsindən narazıdır.

Xəbərdə qeyd edilir ki, Avropa İttifaqı (Aİ) qaydalarına əsasən, Avropa ölkələrindən olan xarici investisiya şirkətləri mühüm sənaye obyektlərini satın alarkən digər üzv dövlətlərə məlumat verməlidir. Yunanıstan bu qaydanın pozulduğunu iddia edərək İtaliyaya rəsmi etiraz faylı göndərməyə hazırlaşır.

Fevralın 4-də Brüsseldə keçirilən Avropa İttifaqı liderlərinin sammitində Yunanıstanın Baş Naziri Kiriakos Mitsotakis bu məsələni Fransa Prezidenti Emmanuel Makronla müzakirə edib. Mitsotakis “Meteor” raketlərinin Türkiyəyə satışı ilə bağlı istənilən yeni inkişafdan xəbərdar olmaq istədiyini bildirib.

Yanvarın 29-da Yunanıstanın müdafiə naziri Nikos Dendias, Fransanın Afinadakı səfiri Laurans Auer ilə görüşərək Türkiyəyə "Meteor" raketlərinin satılacağı xəbərlərindən narahat olduqlarını bildirib.

Mənbələrə görə, Afina mümkün satışın qarşısını almaq üçün addımlar atmağa davam edəcək və bu məsələni diqqətlə izləyəcək.

Seçilən
11
turkic.world

1Mənbələr