AZ

“Meating Point” restoranı bağlanır?-Zəhərlənmə qeydə alındı

“MeatingBakıda məşhur “Meating Point” restoranında zəhərlənmə hadisəsi qeydə alınıb.Meating Point, restoran, Bakı, Səbail rayonu, Təbriz Xəlilbəyli küçəsi, 4 — Yandex MapsBu barədə restoranın müştərisi Haldun Novruzzadə məlumat verib.Meating Point - Menyu, Menu, Prices & Restaurant Reviews - Menyu, Qiymətlər & Restoran rəyləri - Monyo.az “MeatingO iddia edib ki, həyat yoldaşı ilə restoranda göbələk supu yedikdən sonra zəhərləniblər:“Evə qayıdarkən mədəmdə ağırlaşma hiss etdim, evdə üşütmə, qusma və əzələ ağrısı oldu. Təxminən iki-üç saat sonra hər ikimizdə qızdırma, halsızlıq və ürəkbulantısı başladı. Hər ikimiz də zəhərləndiyimizi anladıq. Çünki həmin gün sadəcə evdə səhər yeməyi yemişdik. Güman edirik ki, restoranda yediyimiz göbələk supundan zəhərlənmişik, çünki burger ikimizdə fərqli tərkibdə idi”.“MeatingH.Novruzzadə Kliniki Tibbi Mərkəzin (KTM) toksikologiya şöbəsində onlara tibbi yardım olduğunu söyləyib:“Hazırda məndə qızdırma və halsızlıq davam edir, həyat yoldaşımda nisbətən yaxşılaşma olsa da, bədən ağrısı qalır”“MeatingH.Novruzzadə vurğulayıb ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) hadisə ilə bağlı maraqlanıblar:“Mənə iki dəfə zəng edib şikayəti qeydə alıblar, restoranda yoxlamalar başlanılıb”.Meating Point, restoran, Bakı, Səbail rayonu, Təbriz Xəlilbəyli küçəsi, 4 — Yandex Maps“MeatingKTM-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, fevralın 10-da saat 02:08 radələrində 1991-ci il təvəllüdlü vətəndaş Haldun Novruzzadə qızdırma, halsızlıq, ürəkbulanma şikayətləri ilə Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub:“Pasiyentə müayinə prosedurları icra edildikdən sonra qastroenterit diaqnozu qoyulub. Vital göstəriciləri norma daxilində olub. Zəruri tibbi yardım xidmətlərindən sonra xəstə ambulator müalicə üçün evə buraxılıb”.AQTA-dan isə bildirilib ki, qeyd olunan məsələ agentliyin Bakı regional bölməsi tərəfindən nəzarətə götürülüb:“Araşdırmaların nəticəsi ilə bağlı məlumat veriləcək”.Xalq.az

Seçilən
34
20
yenisoz.az

10Mənbələr