AZ

Cənub rayonlarında güclü qar elektrik şəbəkələrində qəzalara səbəb oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Fevralın 6-7-də yağan güclü qar ölkə ərazisində, xüsusən cənub rayonları - Astara, Lerik və Yardımlının digər sahələrdə olduğu kimi, elektrik təsərrüfatında da fəsadların yaranmasına səbəb olub".   
Bu barədə Oxu.Az-a "Azərişıq" ASC-nin Mətbuat Xidmətindən məlumat verilib.  
Bildirilib ki, elektrik xətlərinin zədələnməsi nəticəsində hər 3 rayonda 0.4 və 10 kV-luq xətlərin keçdiyi bir sıra dağlıq kənd və qəsəbələr işıqsız qalıb. "Azərişıq" ASC-nin Lənkəran, Masallı, Cəlilabad, həmçinin qəza baş verən rayonların elektrik şəbəkələrinin əməkdaşları ilk gündən iş başında olublar. Həyata keçirilən bərpa işləri nəticəsində ümumi ərazi gərginliklə təmin edilib. Dağlıq ərazilərdə qarın səviyyəsinin bir metrə çatması nəticəsində tamamilə bağlanan yollarda "Azərişıq" ASC xüsusi texnikalarla yolları açıb, əməkdaşların qəza yerlərinə çatmasına şərait yaradıb".  
"Yağan qarın hündürlüyünə və kəskin hava şəraitinə baxmayaraq, əməkdaşlarımız qəzaların aradan qaldırılması istiqamətində 24 saat fasiləsiz çalışmalarını davam etdiriblər. Qeyd edilən rayonlarda qısa vaxt ərzində elektrik enerjisinin verilişi tamamilə bərpa olunub", - deyə məlumatda bildirilib. 
Seçilən
35
22
oxu.az

10Mənbələr