AZ

Özbək futbolçu: "Azərbaycan Premyer Liqası rəqabətədavamlı liqadır" - MÜSAHİBƏ

"Sumqayıt" Misli Premyer Liqasının 22-ci turunda səfərdə "Şamaxı"ya 0:1 hesabı ilə məğlub olub.

İdman.biz xəbər verir ki, "kimyaçılar"ın özbəkistanlı yarımmüdafiəçisi Casurbek Caloliddinov matçdan sonra Sportal.az saytına müsahibə verib:

- Yaxşı oynadıq. Amma qalib gələ bilmədik. Sonda da məğlubiyyətlə üzləşdik. İkinci hissəyə rəqib yaxşı başladı. Ona görə sonda uduzduq.

- Azərbaycan Premyer Liqasının səviyyəsi necədir?

- Yaxşı çempionatdır. Azərbaycan Premyer Liqası rəqabətədavamlı liqadır. Hamı bir-biri ilə mübarizə aparır.

- Start heyətində oynayırsan. Artıq komandaya adaptasiya olmusan?

- Bəli, adaptasiya olmuşam. Ona görə də, oynayıram. Özümü daha yaxşı hiss edirəm. Baş məşqçi də şans verir.

- "Şamaxı" ilə matçın ikinci hissəsində oyununuz enişə getdi. Nə baş verdi?

- Bəli, bu bizim səhvimiz idi. Əgər birinci hissədəki kimi oynamağa davam etsəydik, qalib gələrdik. Mən özüm də bilmirəm, niyə belə oldu. İkinci hissəyə onlar yaxşı başladı. Biz də sonda uduzduq.

- Komanda 7 oyundur ki, qol da vura bilmir. Problem nədədir?

- Bilmirəm. Çalışırıq. Daha da çox çalışacağıq ki, yaxşı oynayaq.

- Azərbaycanda özbəklər əvvəllər də oynayıb, indi də səninlə yanaşı "Sabah"ın futbolçusu burada çıxış edir. Umarali Raxmonaliyevlə münasibətin necədir?

- Olimpiya oyunlarında Umarali ilə Özbəkistan millisində birlikdə oynamışıq. Ona görə də onunla yaxşı münasibətimiz var. O, bir az əvvəl gəlib Azərbaycana. "Sabah"la oynamışdıq. Orada elə onunla görüşdük, söhbətləşdik.

İdman.biz

Seçilən
7
1
idman.biz

2Mənbələr