UEFA Çempionlar Liqası turnirinin pley-off mərhələsində, o cümlədən final matçında istifadə olunacaq topu açıqlayıb.
Publika.az xəbər verir ki, topun üzərində Münhenin damlarını və binalarını simvolizə edən mis-yaşıl altıbucaqlılar fonunda ağ ulduzlar var. Altıbucaqlıların içərisində Bavariyanın məşhur görməli yerlərinə həsr olunmuş qrafik elementlər mövcuddur.
Topların yeni səthi artan dəqiqliyi təmin edir, innovativ nüvə isə formasının və havanın maksimum qorunması ilə sürətli və dəqiq oyuna zəmanət verir.
Qeyd edək ki, pley-off mərhələsi fevralın 11-də başlayacaq, turnirin finalı isə mayın 31-də Münhendə keçiriləcək.
Heybət