AZ

“Zelenskinin hakimiyyətdən getməsi məsələsi müzakirə oluna bilər” — ŞƏRH

ABŞ Prezidenti Donald Tramp gələn həftə ukraynalı həmkarı Volodimir Zelenski ilə görüş keçirməyi planlaşdırır, görüş Vaşinqtonda baş tuta bilər.

Mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzov Demokrat.az-a açıqlamasında bildirib ki, bu görüş baş tutacaq və görüşdə mümkün sülh danışıqları ilə bağlı yol xəritəsi hazırlanacaq:

 “Əsas məsələ Zelenskinin Trampın şərtləri ilə razı olub-olmamasıdır. Və bu şərtlər çox güman ki, perspektivdə Ukraynanın ərazi güzəştinə getməyi özündə ehtiva edəcək. Maraqlıdır ki, Zelenski buna razı  olacaqmı? Eyni zamanda Ukrayna torpaqlarının ABŞ-nən ixtiyarına verilməsi məsələsi gündəmdə ola bilər. Yəni ABŞ o torpaqlardan istifadə etsin.  Düşünürəm ki, bundan sonra mümkün sülh danışıqlarından əvvəl Zelenskinin hakimiyyətdən getməsi məsələsi müzakirə olunacaq. Zelenski Rusiya və ABŞ-nın maraqlarına cavab verən, ancaq özünün maraqlarına cavab verilməyən şəkildə danışıqlara getməyəcək. Buna görə də Zelenskinin məcbur edəcəklər ki, hakimiyyətdən getsin. Çox güman ki, Zelenski buna razı olacaq”.

Leyla Turan
Demokrat.az
Seçilən
14
demokrat.az

1Mənbələr