Bakı. Trend:
Rumıniya prezidenti Klaus Yohannis yaxın günlərdə istefayagedəcəyini açıqlayıb.
Trend xəbər verirki, bu barədə “Digi24” məlumat yayıb.
“Rumıniya və onun vətəndaşlarını böhrandan qurtarmaq üçün,prezident vəzifəsindən istefa verirəm”, – deyə o bildirib.
İstefanın fevralın 12-də qüvvəyə minəcəyi bildirilir.
Rumıniyada prezident seçkilərinin birinci turu 24 noyabr 2024-cüildə baş tutub. Rəsmi nəticələrə görə, müstəqil namizəd KelinCorcesku 22,94% səslə lider olub.
28 noyabrda Rumıniya Konstitusiya Məhkəməsi (KM) respublikanınMərkəzi Seçki Komissiyasından (MSK) birinci turun nəticələriniyenidən saymağı tələb edib. 6 dekabrda isə Konstitusiya məhkəməsiprezident seçkilərinin birinci turunun nəticələrini ləğv edib.
Bu qərar yerli xüsusi xidmət orqanlarının Corceskunun seçkikampaniyasını qanunsuz şəkildə maliyyələşdirdiyini və Rusiyanınsosial şəbəkələr vasitəsilə onun seçki kampaniyasına müdaxiləetdiyini göstərən sənədlərin məxfilik statusunu ləğv etdikdən sonraqəbul olunub.