AZ

® “AccessBank”dan 12+0,25 faizlik depozit imkanı!

Sizin yerli Avropa bankınız – “AccessBank” müştərilərinə yüksək gəlir və əlavə bonuslar əldə etmək imkanı qazandıran yeni depozit təklifi təqdim edir.

Məqsədimiz müştərilərimizə əmanətlərin səmərəli idarə edilməsi üçün maliyyə həllərinin təqdim edilməsidir.

Yeni təklif ilə “AccessBank”ın müddətli depozitinə pul yatıranlar 12 faizədək gəlirlə limitlənmir. 100 min manatdan yuxarı əmanət yerləşdirənlər illik 12 faizədək gəlir + 0,25 faiz bonus qazanmaq imkanı əldə edir.

Qeyd edək ki, + 0,25 faiz bonus imkanı – müddəti 18-24 ay olan, faizləri müddətin sonunda götürmək şərti ilə açılan əmanətlər üzrə keçərlidir.

Müddətli əmanət haqqında ətraflı məlumat: https://bit.ly/3xSA8zS

“AccessBank”da depozit yerləşdirməyin üstünlükləri:

∙ Tamamilə beynəlxalq səhmdarlara malik bankın müştərisi olursunuz.

∙ Sərfəli depozit faizi əldə edirsiniz.

∙ Banka yerləşdirilən depozitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur.

Siz də pulunuzu “AccessBank”a yatırın, gəlirinizi daha da artırın!

“AccessBank” Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (feysbuk, instaqram, linkedin) müraciət edə bilərsiniz.

“AccessBank” QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 2002-ci il 25 oktyabr tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Seçilən
18
5
azertag.az

6Mənbələr