AZ

Qəzza ilə bağlı anlaşma memorandumu imzalandı

Qələstin Muxtariyyətinin (PA) Baş naziri Məhəmməd Mustafanın dəstəyi ilə BMT İnkişaf Proqramı və Fələstində Beynəlxalq Yenidənqurma Təşkilatı arasında Qəzzada iş görmək üçün anlaşma memorandumu imzalanıb.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, müqavilə işğal altında olan İordan çayının qərb sahilində Ramallahdakı baş nazirin ofisində imzalanıb və ilk mərhələdə 80 milyon dollar dəyərindədir.

Bildirilib ki, Anlaşma Memorandumu hökumətin fövqəladə ehtiyaclara cavab vermək üçün yerdə işləmək səylərini gücləndirəcək və anklavdakı fələstinlilərə yardım göstərəcək.

Belə ki, Fələstin hökuməti ilk altı ay ərzində vəziyyəti həll etmək üçün proqram, eləcə də Dünya Bankı, Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatı ilə koordinasiyada hazırlanmış proqramın bir hissəsi olaraq yardımdan iqtisadiyyatın bərpasına və erkən bərpaya, daha sonra isə 10 il ərzində tam yenidənqurmaya keçmək üçün üç illik plan hazırlayıb.

Mina Mikayılova

Seçilən
7
bakivaxti.az

1Mənbələr