AZ

Ermənistan Azərbaycana hücum etmək niyyətindədirmi? – Paşinyandan açıqlama


“Mən dəfələrlə bəyan etmişəm ki, Ermənistan 2022-ci il oktyabrın 6-da Praqada əldə edilmiş strateji razılaşmaya sadiqdir, Ermənistan və Azərbaycan Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın “Armenpress”də dərc olunan məqaləsinin “Ermənistan Azərbaycana hücum etmək niyyətindədirmi?” sərlövhəli hissəsində deyilir.
Onun sözlərinə görə, Ermənistan Azərbaycan SSR ərazisi daxilində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini, Azərbaycan da Ermənistan SSR ərazisi daxilində Ermənistanın ərazi bütövlüyünü və suverenliyini tanıyır.
O, həmçinin, Alma-Ata Bəyannaməsinin iki ölkə arasında sərhədin delimitasiyası prinsipinin əsası kimi qeyd edildiyi üçün artıq hər iki dövlətdə hüquqi qüvvə qazandığını qeyd edib.
Seçilən
3
1
yeniavaz.com

2Mənbələr