AZ

Aİ Rusiya ilə əlaqəsi olan tankerlərə qarşı irimiqyaslı əməliyyat hazırlayır

Image

Baltik dənizinə çıxışı olan Aİ ölkələri Rusiyanın “kölgə donanması”na daxil olduğu iddia edilən gəmilərin kütləvi saxlanmasına imkan verəcək hüquqi tədbirlər hazırlayır.

Avropalı rəsmilər və diplomatlar “Politico” qəzetinə bildiriblər ki, yeni qanunvericilik gəminin ətraf mühitə vurduğu zərərə, dənizin dibindəki kabellərə və digər kritik infrastruktura zərər verdiyinə görə onun həbs edilməsinə icazə veriləcək. Nəşrin mənbələri qeyd ediblər ki, sonuncu halda tankerlərin saxlanılması üçün əsas “dəniz quldurluğuna qarşı mübarizə” olacaq.

Mənbələrin məlumatına görə, bir sıra Aİ ölkələri, xüsusən də Litva və Estoniya da etibarlı dəniz sığortaçılarının siyahısını yaratmağı planlaşdırır. Belə ki, gəmi bu siyahıya daxil olmayan şirkət tərəfindən sığortalanıbsa, o, saxlanılacaq.

ZÜMRÜD





Seçilən
34
3
baki-xeber.com

4Mənbələr