Ankarada saxta spirtli içkidən istifadə səbəbindən 33 nəfər həyatını itirib, 20 nəfər reanimasiyada müalicə olunur.
News24.az bildirir ki, qubernatorluq saxta spirtli içkilərin istehsalı və ticarəti ilə bağlı 13 nəfərin həbs edildiyini açıqlayıb. Açıqlamada saxta spirtli içkilərin səbəb olduğu ölüm hallarının artması diqqət çəkib.
AKP sədri Rəcəb Tayyib Ərdoğan siqaret vergilərinin artırılması ilə bağlı bu açıqlamanı vermişdi: "Biz onları davamlı olaraq artırırıq, bundan çox narahatdırlar. Ac və yazıq gəzirlər, amma almaqdan çəkinmirlər. Raki, pivə almaqdan çəkinmirlər". Bu ifadələr həm də yüksək vergilər səbəbindən spirtli içki almaqda çətinlik çəkən vətəndaşların saxta spirtli içki axtarmağa başlaya biləcəyi kimi şərh edilib.
Zəhraxanım Şeydayeva