Transfer pəncərəsinin son günlərində "Qalatasaray" bir xeyli hərəkətli görünür.

Offsideplus.az "NTV spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi legioner limitinə görə Mauro İkardinin lisenziyasını ləğv etməyəcək.

Xatırladaq ki, UEFA Avropa Liqasının liqa mərhələsində "Tottenhem" klubu ilə evində oynadığı oyunda Mauro İkardi ağır zədələnərək sezonu başa vurmuşdu.

Qeyd edək ki, argentinalı forvardın may ayından tez qayıtması gözlənilmir.

Hüseyn Rəşadoğlu