Bakı. Trend:
Ötən il Azərbaycanda 1,254 milyon ton avtomobil benzini istehsaledilib.
Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 243 min tonvə ya 16,2% azdır. Belə ki, 2023-cü ildə Azərbaycanda 1,497 milyonton avtomobil benzini istehsal edilib.
Bununla yanaşı, bu dövrdə Azərbaycanda 2,061 milyon ton dizelyanacağı istehsal edilib ki, bu da, illik müqayisədə 315 min ton,yaxud da 13,3% azdır. 2023-cü ildə Azərbaycanda istehsal olunandizel yanacağının həcmi 2,376 milyon ton olub.