AZ

Qobustanda ağır qəza - Anası öldü, özü və xanımı xəstəxanalıq oldu - Foto

Bu gün saat 15 radələrində Bakı-Şamaxı avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində ağır qəza olub.

Söz.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, 32 yaşlı Əli Mahmudovun sürdüyü “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə, sürücünün avtomobildə olan 1971-ci il təvəllüdlü anası Mahmudova Ramidə hadisə yerində ölüb.

Sürücü və həyat yoldaşı isə xəsarətlərlə xəstəxanaya aparılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ölüm və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Seçilən
10
9
soz.az

10Mənbələr