AZ

Çempionlar Liqasının final matçının rəsmi topu təqdim edildi

Məşhur alman idman brendi “adidas” Çempionlar Liqasının cari mövsümünün ələmə oyunları və final matçı üçün rəsmi topları təqdim edib.

Arena.az xatırladır ki, mötəbər yarışın final oyunu 2025-ci ilin may ayının 31-də Münhenin “Arena Münhen” stadionunda baş tutacaq.

Bu həftə, fevralın 11-də və 12-də isə UEFA Çempionlar Liqasının ələmə mərhələsinin oyunları başlayacaq.

Xatırladaq ki, Liqa mərhələsinin yarış cədvəlində 9-16-cı yerləri tutmuş komandalar (səpələnmişlər) 17-24-cü yerləri tutmuş komandalarla (səpələnməmişlər) 1/16 final mərhələsində qarşılaşacaqlar. İki oyunun nəticəsinə görə cütdə qalib gəlmiş komandalar yarışın 1/8 final mərhələsinə vəsiqə qazanacaqlar. Burada isə onları Liqa mərələsinin yarış cədvəlində ilk 8 yeri tutmuş komandalarla püşkatma əsasında baş-başa cütlük mübarizəsi gözləyir.

Seçilən
53
arena.az

1Mənbələr