AZ

Təqaüdə çıxan pişik qubernatorluqda işə başladı

Britaniya Xarici İşlər Nazirliyinin təqaüdçü pişiyi Palmerston Bermuda Qubernatorluğunda “pişiklərlə əlaqələr üzrə məsləhətçi” olaraq işə başlayıb. 

“Cebheinfo.az” xəbər verir ki, Palmerston 2016-cı ildə Xarici İşlər Nazirliyində işə başlayıb və baş nazir iqamətgahının məşhur pişiyi Larri ilə "diplomatik" mübahisələri ilə gündəmə gəlib. Ancaq 2020-ci ildə təqaüdə çıxıb. 

Keçmiş sahibi Endryu Merdokun Bermuda qubernatoru təyin edilməsi ilə indi yenidən üzə çıxıb. 

Merdok bildirib ki, Palmerston yalnız mühüm görüşlərə qatılacaq və bol-bol yatacaq.

Seçilən
13
cebheinfo.az

1Mənbələr