AZ

Bakı-Şamaxı yolunda “Hunday” aşdı: ölən var

Bugün saat 15 radələrində Bakı-Şamaxı avtomobil yolunun Qobustan rayonunun ərazisindən keçən hissəsində “Hunday” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

News24.az xəbər verir ki, hadisə nəticədə avtomobildə olan sərnişinlərdən biri ölüb.

Həmçinin sürücü, 32 yaşlı Əli Mahmudov və daha bir sərnişin isə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ölüm və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir./Axar.az

Seçilən
32
15
news24.az

10Mənbələr