"Çox təəssüflər olsun ki, bu zamana qədər Avropa Birliyinin Azərbaycanın mövqeyini müdafiə edən yəni konkret olaraq bəyanatlar, rəsmi yazılar, hər hansısa bir çıxışlarını müşahidə etməmişik. 2001-ci ildən bu günə qədər düzdü tanınma olmasına baxmayaraq Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Ermənistanın işğalçılığına son qoyulmasını və Azərbaycan ərazsini tərk etməsi ilə bağlı heç bir çağırışları müşahidə etməmişdik. Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.
Onun sözlərinə görə, Qarabağ müharibəsindən sonra Avropa Birliyi Azərbaycana qarşı qərəzli bəyanatlar və qətnamələr qəbul etməyə başladı: "Erməni lobbisinin mexanizmlərinin gözəl şəkildə irəliləməsi, Avopa Şurası ilə bağlı olduğunu aydın başa düşürük. Eyni zamanda Avropa məkanı çox təəssüflər olsun ki, filan mərkəzli müəyyən çərçivəli yerlər var ki, Azərbaycana qarşı münasibətlərini hər zaman qərəzli və absurd çıxışları ilə fərqlənirlər. Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün atdığı addımlara qarşı qərəzli mövqe nümayiş etdirirlər və sanki baltalamağa çalışırlar. Yeni reallıqla barışmaq istəmirlər. Hər hansı bir formada, insan hüquqları, demokratiya fərqli anlayışlarla Azərbaycanı hədəf almağa çalışıblar.
Son bəyanatlar da onu göstərir ki, əslində Azərbaycana münasibətdə yenə də qərəzli mövqe bu şura nəzdində davam etdirilir. Bizim nümayəndəliyimizin mandatı müddətinin bitməsi bunun bariz nümunəsidir. Azərbaycan Avropa Şurası ilə münasibətləri nəzərdən keçirmə mərhələsindədir. Bu mərhələdə belə qərəzli addımlar atılsa düşünürəm ki, gələcək mərhələdə Azərbaycan üçün müzakirə olunacaq məsələlərdən bizim Avropa Şurasındakı varlığımız lazımdırmı və ya bizə hansı formada müsbət təsirləri var. Çünki biz bu günə qədər bu qurum çərçivəsində bizə münasibətdə hər hansısa bir xoşniyyət addımının atıldığını görməmişik".