AZ

AK sədri ABŞ-nin vitse-prezidenti ilə görüşəcək

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen fevralın 11-də Parisdə ABŞ-nin vitse-prezidenti Cey Di Vens ilə görüşəcək.

Bakıvaxtı.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə AK-nın nümayəndəsi Stefan Keermaker məlumat verib.

Bu, AK sədrinin ABŞ Prezidenti Donald Tramp administrasiyasından olan yüksək vəzifəli amerikalı siyasətçi ilə ilk görüşüdür.

Daha əvvəl “Bloomberg” agentliyi xəbər vermişdi ki, Avropa Komissiyası fon der Lyayenin Trampla görüşünü hələ onun andiçmə mərasimindən əvvəl təşkil etməyə çalışıb. O, prezidentin andiçmə mərasiminə dəvət edilməyib. Ötən gün AK sədri "artan qeyri-müəyyənlik şəraitində" ABŞ ilə konstruktiv dialoqa hazır olduğunu bəyan edib.

Xatırladaq ki, Tramp polad və alüminium idxalına 25 % gömrük rüsumunun tətbiq ediləcəyini elan edib. Aİ-yə sədrlik edən Polşanın Baş naziri Donald Tusk ilə görüşün yekununda fon der Lyayen bildirib ki, AK qəti cavab tədbirlərinə hazırdır.

Seçilən
35
20
bakivaxti.az

10Mənbələr