AZ

Türkiyə paytaxtında dəhşətli hadisə: Əsəb sarsıntısı keçirən ana üç uşağının biləklərini kəsdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyə paytaxtı Ankaranın Keçiören rayonunda dəhşətli hadisə baş verib. Ana iki uşağını öldürüb, birini isə ağır yaralayıb.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, rayonun Ayvalı məhəlləsində yaşayan Serpil adlı qadın naməlum səbəbdən əsəb sarsıntısı keçirib və həmin an evdə olan 12, 10 və 7 yaşlı övladlarının biləklərini kəsib.
Hadisə yerinə çox sayda polis və sağlamlıq qrupları cəlb edilib.
10 və 7 yaşlarında olan iki uşağın hadisə yerində həyatını itirdiyi məlum olub. 12 yaşlı uşaq isə ağır yaralı halda xəstəxanaya çatdırılıb.
Ana nəzarət altına alınıb. Hadisə ilə bağlı araşdırma davam etdirir.
Seçilən
9
4
oxu.az

7Mənbələr