AZ

“Neftçi” Aleksi Bakıya gətirir

Rusiyanın “Baltika” klubunun futbolçusu Aleks Fernandes karyerasını Azərbaycanda davam etdirməyə yaxındır.

İdman.biz Rusiya mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı braziliyalı vinger müqavilə imzalamaq üçün bu gün Bakıya gəlməlidir.

Onun “Neftçi”yə keçəcəyi gözlənilir. Bir müddət əvvəl Qazaxıstan klubuna keçməkdən imtina edən Fernandesin Kalininqrad təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, Aleks cari mövsümdə “Baltika”da keçirdiyi 18 matçda 6 qol və 2 assistə imza atıb.

İdman.biz

Seçilən
88
3
idman.biz

10Mənbələr