AZ

Kreml: Biz Trampın “Qəzza zolağının ələ keçirilməsi” planının təfərrüatlarını gözləyirik

Kremlin sözçüsü Dmitri Peskov ABŞ prezidenti Donald Trampın Qəzza zolağının "ələ keçirilməsi" və orada yaşayan fələstinliləri zorla köçürmə planı ilə bağlı təfərrüatları gözlədiklərini bildirib.

Peskov paytaxt Moskvada jurnalistlərə cari məsələlərlə bağlı açıqlamalar verib.

"Təfərrüatları gözləməliyik"

ABŞ prezidenti Trampın Qəzza zolağının “ələ keçirilməsi” və orada yaşayan fələstinliləri zorla köçürmə planına münasibət bildirən Peskov, “Burada tutarlı bir fəaliyyət planı varsa, təfərrüatları gözləmək lazımdır” deyib.

Qəzzada təxminən 1,2 milyon fələstinlinin yaşadığına diqqət çəkən Peskov, "Bu ən böyük sualdır. Bu insanlara Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qərarları ilə dövlət həlli vəd edilib. Burada çoxlu suallar var. Hələlik detalları bilmirik. Bu mövzuda bir az səbirli olmaq lazımdır" deyib.

Trampın Putinlə Ukrayna müharibəsi ilə bağlı telefon danışığı etdiyinə dair açıqlamaları ilə bağlı suala isə Peskov dünən bu məsələyə münasibət bildirib və “Belə bir söhbəti nə təsdiq, nə də təkzib edə bilərəm” söyləyib.

Peskov Putin və Çin prezidenti Si Cinpinin qarşılıqlı səfərlər edəcəyini bildirib.

Seçilən
12
1
kommersant.az

2Mənbələr