AZ

Pezeşkian metroya mindi - Foto

İran Prezidenti Məsud Pezeşkian metrodan istifadə edib.

Sitat.info xəbər verir ki, Pezeşkianın metrodan istifadəsi ilə bağlı görüntünü İran Prezident Aparatının rəhbəri Məhəmməd Cəfər Qaimpənah özünün X səhifəsində paylaşıb.

“Bu gün 22 Bəhmən yürüşündən sonra “Azadi” stansiyasından Prezident Pezeşkianla birlikdə geri qayıtdıq. Növbəti stansiyada insanlar da bizə qoşuldular. Ümid edirik ki, ictimai nəqliyyatın genişləndirilməsi ilə vətəndaşların daha rahat hərəkətini və daha təmiz havanı müşahidə edəcəyik”, - Qaimpənah bildirib.

Seçilən
14
4
sitat.info

5Mənbələr