2018-ci ildən Antalyada qızılgül yetişdirən Abdullah Gündüz hər il olduğu kimi bu il də Sevgililər Günü üçün xüsusi qızılgüllər istehsal edib.
News24.az bildirir ki, İki hektar sahədə qızılgül yetişdirən Gündüzün istixanasında 8 minə yaxın qızılgül ağacı var.
İldə təqribən 16 min qızılgül istehsal edən Abdullah Gündüz bu qızılgülləri adətən 20 dəstə halında satır.
Sevgililər günü yaxınlaşdıqca məhsul yığımına başlandığını qeyd edən Abdullah Gündüz, “İstehsal etdiyimiz qızılgül dəstəsinin qiyməti 800-1000 TL arasında dəyişir". deyə qeyd edib.
Zəhraxanım Şeydayeva