FED.az Azərbaycanın ən kiçik banklarından olan “Bank Avrasiya”nın gəlir mənbələrini təqdim edir.
Bank Avrasiya 2024-cü ildə ümumilikdə 17 722 000 manat gəlir əldə edib ki, bu da 2023-cü illə müqayisədə 396 000 manat və ya 2,2% azdır. Ötən il bankın gəliri 18 118 000 manat təşkil edirdi.
"Bank Avrasiya" ötən ili uğursuz başa vurdu - BANK BİR AZ DA KİÇİLDİ
Kredit faizlərindən əldə edilən gəlirlər ümumi gəlirin 71%-ni təşkil edərək 12 718 000 manat olub. 2023-cü ildə isə bu məbləğ 12 439 000 manat idi və ümumi gəlirin 69%-nə bərabər idi. Artım 279 000 manat və ya 2,2% olub.
Komissiya gəlirləri 2024-cü ildə 787 000 manat təşkil edib və ümumi gəlirdəki payı 4% olub. 2023-cü ildə isə bu rəqəm 1 026 000 manat idi və ümumi gəlirin 6%-nə bərabər idi. Nəticədə 239 000 manat və ya 23,3% azalma müşahidə edilib.
Valyuta əməliyyatlarından əldə edilən gəlirlər 2024-cü ildə 452 000 manat olub və ümumi gəlirin 3%-ni təşkil edib. 2023-cü ildə isə bu göstərici 2 026 000 manat idi və ümumi gəlirdəki pay 11% idi. Beləliklə, azalma 1 574 000 manat və ya 77,7% olub.
Qiymətli kağızlardan faiz gəlirləri son bir ildə 661 min manat azalaraq 236 000 manata düşüb. Nəticədə ümumi gəlirdəki pay 5%-dən 1%-ə enib.
Digər banklarda yerləşdirilmiş depozitlərdən gəlir 2024-cü ildə 1 143 000 manat təşkil edib və ümumi gəlirin 7%-nə bərabər olub. 2023-cü ildə isə bu göstərici 1 144 000 manat idi və ümumi gəlirdəki pay 6%-ə bərabər idi. Burada cəmi min manat və ya 0,08% azalma qeydə alınıb.
Digər banklardan kredit gəlirləri 2023-cü ildə 1 144 000 manat olduğu halda, 2024-cü ildə 524 000 manata enib. Bunun nəticəsində ümumi gəlirdəki pay 5%-dən 3%-ə düşüb. Azalma 620 000 manat və ya 54,2% təşkil edib.
Digər faiz gəlirləri 2024-cü ildə əhəmiyyətli dərəcədə artaraq 1 372 000 manata çatıb və ümumi gəlirin 8%-ni təşkil edib. 2023-cü ildə isə bu göstərici 778 000 manat idi və gəlirdəki pay 4%-ə bərabər idi. Artım 594 000 manat və ya 76,3% olub.
Digər qeyri-faiz gəlirlərinin də həcmi artıb 2023-cü ildə bu mənbə banka cəmi 37 000 manat qazandırmışdısa 2024-cü ildə bu göstərici 1 372 000 manata qalxıb. 2023-cü ildə digər qeyri-faiz gəlirlərinin ümumi gəlirlərdə ki, payı 1% idi 2024-cü il isə bu göstərici 8%-ə çatıb.
Gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir :
Min manat | ||
Gəlir mənbələri | Məbləğlər | Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri | 12 718 | 71% |
Komissiya haqları | 787 | 4% |
Valyuta əməliyyatlarından gəlirlər | 452 | 3% |
QK-a investisiyadan gəlir | 167 | 1% |
Digər banklara depozitlərdən gəlirlər | 1 321 | 7% |
Digər banklara kreditlərdən gəlirlər | 445 | 3% |
Digər faiz gəlirləri | 460 | 3% |
Digər qeyri-faiz gəlirləri | 1 372 | 8% |
|
| |
CƏMİ GƏLİRLƏR | 17 722 | 100% |