AZ

Vətəndaş torpaq dələduzluğuna məruz qaldığını İDDİA EDİR - FOTO FAKT

Bakı şəhəri, Nizami rayon sakini Laləzər Hüseyn qızı Həsənova torpaq alqı-satqısı ilə bağlı qarşılaşdığı problemlərdən narazıdır.

Ajans.az-a müraciət edən şikayətçi bildirir ki, 2007-ci ildə Səbail bələdiyyəsinin müavini Qurban Məmmədov və onun köməkçisi Sərxan Əliyevə 18 min 200 ABŞ dolları ödəyərək 6 sot torpaq sahəsi alıb. Lakin illər sonra həmin torpağa baş çəkdiyində ərazinin başqa bir şəxs – Sergey adlı bir vətəndaş tərəfindən hasara alındığını görüb.

Hadisədən sonra Həsənova məsələ ilə bağlı Qurban Məmmədova və Sərxan Əliyevə müraciət edib. Şikayətçinin sözlərinə görə, həmin şəxslər ona ərazinin düzgün qeydiyyata alınmadığını və bunun Əmlak Komitəsinin "səhvi" olduğunu bildiriblər. Bununla yanaşı, ona torpaq sahəsini sataraq ödədiyi məbləğin geri qaytarılacağını vəd ediblər. Lakin 2020-ci ildən bu yana nə torpaq sahəsi, nə də ödənilən məbləğ Həsənovaya geri verilib.

Laləzər Həsənova dəfələrlə müraciət etməsinə baxmayaraq, problemin həll olunmadığını və vədin yerinə yetirilmədiyini deyir. O, məsələ ilə bağlı aidiyyəti qurumlardan kömək istəyir və hüquqlarının bərpasını tələb edir.

Məsələ ilə bağlı sözügedən bələdiyyənin nümayəndəsi Qurban Məmmədov Ajans.az-a açıqlamasında bildirdi ki, hazırda bu mövzunun istintaqı gedir:

"Əmlak Komitəsi şikayətçinin ərazisini yanlış ölçüb və nəticədə belə bir problem yaanıb. Məsələ prokurorluqda araşdırılır və yekun nəticəni onlar verəcək. Hələki iddianı əsassız sayırıq. Ortada yanlış anlaşılma var, o da gec-tez həllini tapacaq. Əmlak Komitəsi deyir ver məhkəməyə. Biz nə etməliyik? Bələdiyyə nə etsin? Yeri kim zəbt edib ondan şikayət eləsin. Kim o yeri özəlləşdirib, kim burub ondan şikayət etsin. Bələdiyyənin edəcəyi heç nə yoxdur. Məhkəmə qərarı olmadan heç kim heç nə edə bilməz. Əmlak Komitəsi gəldi və dedi ver məhkəməyə. Əmlak Komitəsi rəsmi məktub verdi. Deyir səhv olub məhkməyə versin həll etsin".

Lakin bəzi suallar yaranır. O proses olanda maraqlıdır özəlləşdirmə zamanı hansı sənədə əsaslanıblar? Torpaq kimin adına olub bu özəlləşdirmə sənədində? Bələdiyyə yenidən kiməsə o torpaqla bağlı sənəd veribmi?

Xəbər yenilənəcək...

Seçilən
37
Ajans.az

1Mənbələr