AZ

Ötən il istehsal olunan kimya sənayesi məhsullarının həcmi açıqlandı

2024-cü ildə Azəraycanda istehsal edilmiş kimya sənayesi məhsullarının həcmi açıqlanıb.

Day.Az bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, ötən il bu qəbildən olan məhsullardan - hidrogen istehsalının həcmi 12,9 milyon kubmetr olub ki, bu, əvvəlki ilin göstəriciləri ilə müqayisədə 5,8 milyon kubmetr və ya 31% azalıb. Belə ki, 2023-cü ildə Azərbaycanda 18,7 milyon kubmetr hidrogen istehsal edilib.

 

Bununla yanaşı, 24,1 milyon kubmetr azot, 5,3 milyon kubmetr oksigen istehsal edilib ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 353 min kubmetr (1,5%) çox və 1,3 milyon kubmetr (19,4%) azdır.

2023-cü ildə Azərbaycanda 23,8 milyon kubmetr azot, 6,6 milyon kubmetr oksigen istehsal edilib.

Seçilən
0
1
day.az

2Mənbələr