AZ

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi Ağ Evdə imzalana bilər: Tramp niyə buna çalışır?

"Dolnald Tramp Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin Ağ Evdə imzalanmasını təşkil edə bilər. Azərbaycanla Ermənistan arasında danışaqlar prosesində dinamika var. Paşinyanın siyasi və hüquqi dəyişikliklərə getməlidir. Sülh müqaviləsinin bağlanması hansı ölkədə olması isə, sual olaraq qalır".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib. 

O qeyd edib ki, Trampın Nobel sülh mükafatı almaq planı var: "Məhz Azərbaycan və Ermənistan liderlərini Ağ Evə dəvət edib, sülh müqaviləsinin bağlanmasında özünün iştirakını istəyə bilər. Bununla D.Tramp iki ölkə arasında sülh müqaviləsində vasitəçi olduğu üçün Nobel sülh mükafatına namizədliyini irəli sürə bilər".

Politoluqun məlumatına görə, ABŞ Kəşfiyyat Mərkəzinin kölgəsi olan "Startfor" analitik təhlil mərkəzi D. Trampın Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə diqqət ayıracağını qeyd edib.

" Proseslər uzanacaqsa, D. Tramp iki ölkə arasında proseslərə qoşula bilər" - deyə M.Əsədullazadə qeyd edib. 

Tehran,

Sitat.info

Seçilən
19
sitat.info

1Mənbələr