AZ

Moskvanın məxfi hesabatı sızdı: Rusiya postsovet ölkələrini...

Rusiyalı siyasətçilər hesab edirlər ki, Qərbin təzyiqləri Moskvanın keçmiş sovet respublikalarını öz orbitinə cəlb etmək səylərinə maneə yaradır.

Sitat.info xəbər verir ki, məlumatı “Faynənşl Tayms” Rusiya hökumətinin sızdırılmış hesabatına əsasən yayıb.

Məlumata görə, sızdırılan sənəd Baş nazir Mixail Mişustinin rəhbərliyi ilə apreldə hazırlanıb və Ukrayna müharibəsinin Rusiyaya necə zərər vurduğunu əks etdirir. Hesabatda qeyd edilir ki, Qərb sanksiyaları Moskva ilə yaxın ticarət tərəfdaşları arasında münasibətləri pozub. Qəzetin məqaləsində sənədin hazırlanmasında Rusiya məmurları ilə yanaşı dövlət şirkətlərinin top menecerləri, ekspertlər - Sergey Karaqanov və Aleksandr Duqinin də iştirak etdiyi bildirilib.

Sənəddə qeyd edilir ki, Qərb Mərkəzi Asiya ölkələrini uğurla təhdid edərək, onları sanksiyalara əməl etməyə vadar edir və əvəzində dünya bazarları, nəqliyyat dəhlizləri və Moskvadan yan keçən tədarük zəncirinə qoşulmağı təklif edir.

“Mərkəzi Asiya ölkələri Rusiyanın həssaslığından istifadə edirlər və Türk Dövlətləri Təşkilatı kimi qruplara Rusiyasız inteqrasiya etməyə cəhd göstərirlər. Ölkələr öz dünyagörüşlərini, kollektiv tariximizə baxışlarını dəyişiblər, ingilis dilini rus dili yerinə ikinci dil kimi irəli sürüblər. Qərb təhsil sisteminə keçib, öz elitalarını Qərbdə təhsilə göndəriblər”, - deyə sızdırılmış hesabatda qeyd edilib.

Seçilən
11
5
sitat.info

6Mənbələr